Bərzani İraq hökuməti qarşısında şərtlərini açıqladı - MÜSTƏQİLLİK TƏMİNATI

Bərzani İraq hökuməti qarşısında şərtlərini açıqladı - MÜSTƏQİLLİK TƏMİNATI
16:34 20 Sentyabr 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

 

İraq kürdlərinin lideri Məsud Bərzani sentyabrın 25-də müstəqil Kürdüstan dövlətinin qurulması ilə bağlı planlaşdırılan referendumun təxirə salınması şərtini açıqlayıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani İngiltərənin müdafiə naziri Mikael Fallon ilə görüşündə bəyan edib ki, müzakirələrin yekununda beynəlxalq səviyyədə Kürdüstanın müstəqilliyinin tanınacağı təqdirdə bu referendumdan imtina edə bilər. Məsud Bərzani şərtlərini 3 bəndlə ifadə edib:

 

– Bağdad hakimiyyəti Şimali İraqın müstəqilliyi ilə bağlı müzakirələrə açıq olduğunu rəsmən bəyan etsin.

– Şimali İraqın müstəqilliyi ilə bağlı müzakirələrdə beynəlxalq aləm də iştirakçı olsun.

- Müzakirələr yolu ilə müstəqilliyin əldə edilməsinə dəqiq və rəsmi təqvim təyin edilsin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR