Nicat Mənalı Rəşad Dağlıyla davasından danışdı: "Adam dosta şillə atmaz" - VİDEO

Nicat Mənalı Rəşad Dağlıyla davasından danışdı: "Adam dosta şillə atmaz" - VİDEO
17:19 20 Sentyabr 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

 

Meyxanaçı Nicat Mənalı həmkarı Rəşad Dağlı ilə aralarında olan qalmaqala münasibət bildirib. Lent.az-a açıqlama verən meyxanaçı həmkarı ilə aralarında yaşananları bu cür izah edib: “Ümumiyyətlə həyatda hər şey göründüyü kimi deyil. Rəşad da mən də hər gün el şənliklərində olan insanıq. Onun da sinirləri var, mənim də. Sadəcə meyxanada belə bir şey var ki, deyişmədə kimsə mənə nəsə deyirsə, mən də cavab verməliyəm.  Orda isə meyxana zamanı bir dəfə Rəşad dedi, daha sonra digər meyxanaçılar. Mən cavab vermək istəyəndə isə imkan vermədilər. Bir neçə dəfə sözümü kəsdiklərinə görə məcbur olub qafiyəni saxladım. Saxlamaqda da məqsədim o idi ki, səliqə-səhman yaransın, böyüyə hörmət olunsun. Mən 21 ildir ki, meyxana deyirəm. Dedim, ustadlara şərait yaradın ki, söz deyilsin. Sadəcə, mən ritmi dayandıranda Rəşad elə bildi ki, mən qafiyəni buna görə saxlayıram. Rəşada bu təsir etdi. Düzdür, mənim də qafiyəm saxlanılsa, mənə pis təsir edər. Amma bir balaca səbr etmək, meyxananı niyə saxlatdırdığımı öyrənmək lazım idi. Sonradan niyyətimi bildi. Rəşadla dostuq, bir-birimizin xeyirinə-şərinə gedən insanlarıq. Sadəcə, meyxananı mən saxlatdıranda kənardan 1-2 nəfərlər dedilər ki, niyə saxlatdı? Bu sözlər də ona təsir etdi. Videoda görünür ki, mən stola necə yaxınlaşmışam. Onu dava kimi qələmə verdilər”.

 

N.Mənalı müsahibə zamanı R.Dağlıyla əlaqə saxlamağa çalışsa da, həmkarına zəng çatmadı: “Mən ona zəng etdim zəng çatmadı, daha sonra qardaşı ilə danışdım. Dedim ki, bizim Rəşadla bu günə qədər heç bir problemimiz olmayıb. Niyə belə yazıblar? Sadəcə, həyatda elə insanlar var ki, xırda şeyi böyüdüb dağ edirlər. Elə bizim bu söz-söhbətimizi də. Rəşada demək istəyirəm ki, sən qardaşsan, dostsan. Son olaraq bir məsəl var, onu demək istəyirəm. Adam dost bildiyi adama sillə atmaz. Rəşad mənim dostumdur”.

 

Qeyd edək ki, N.Mənalı ilə R.Dağlı arasındakı söz davası Masallının Boradigah kəndində keçirilən toy mərasimində olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR