Kremlin Frimana cavabı gecikmədi: "Romantik və duyğu yüklü"

Kremlin Frimana cavabı gecikmədi: "Romantik və duyğu yüklü"
17:28 20 Sentyabr 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Kremlin sözçüsü Dmitri Peskov amerikalı aktyor Morqan Frimanın iddialarına cavab verib.

Publika.az xəbər verir ki, sözçü aktyorun həddən artıq romantik və duyğu yüklü olduğunu deyib.

D.Peskov Rusiyanın əleyhinə çəkilmiş təxribat videosunda yer alan və Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin çöküşünə görə ABŞ-dan qisas almaq üçün hakimiyyətə gəldiyi iddiasını absurd hesab edib:

“Bildiyiniz kimi, incəsənətlə bağlı olan insanlar çox tez təslim olar. Yəni həddən artıq duyğu ilə yüklənməyin qurbanı olar. Hadisələrin real vəziyyəti ilə bağlı real bilgilərə sahib olmazlar və duyğularının qurbanına çevrilərlər”.

Putinin prezident olmasının SİRRİ ORTAYA ÇIXDI - ŞOK İDDİA - VİDEO

Bu vəziyyəti makkartizm (müəyyən bir dəlili diqqət mərkəzinə qoymadan kimisə günahlandırmaq) kimi dəyərləndirən D.Peskov real bilgilərə əsaslanmadığı üçün bu cür açıqlamaları ciddiyə almamağı tövsiyə edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR