London Brüsselə "Brexit"ə görə 20 mlrd. avro ödəməyə razıdır

London Brüsselə "Brexit"ə görə 20 mlrd. avro ödəməyə razıdır
17:47 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Brexit" səbəbindən B.Britaniyanın Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklərini yerinə yetirmədiyi üçün ödəyəcəyi cərimənin məbləği 20 mlrd. avrodan çox ola bilər. 
"Report" "Financial Times"a istinadən xəbər verir ki, bu məlumatı Britaniyanın baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmaq işləri üzrə müşaviri Oliver Robbins verib. 
Müşavir bildirib ki, sentyabr ayının 22-də britaniyalı baş nazir Florensiyada çıxışı zamanı cərimə ödənişi ilə bağlı mövzuya toxunacaq.
Öz növbəsində Aİ rəsmiləri Britaniyanın yerinə yetirmədiyi öhdəliklərin həcminin 100 mlrd. avro olduğunu bildiriblər. Amma qarşılıqlı borcları çıxdıqdan sonra cərimə 60 mlrd. avroya enib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/london-brussele-brexit-e-gore-20-mlrd-avro-odemeye-razidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR