Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var
18:22 20 Sentyabr 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 20 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Qovlar kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Qovlar kənd sakini, 1937-ci il təvəllüdlü Mayıl Hüseyn oğlu Səfərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Tural Valeh oğlu İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "VAZ-2106"nın sərnişini, Qovlar kənd sakini, 1970-ci il təvəllüdlü Elmira İsfəndiyar qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər üç yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR