Tələbələr üçün ən rahat və asan iş imkanları - FOTOLAR

Tələbələr üçün ən rahat və asan iş imkanları - FOTOLAR
18:33 20 Sentyabr 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Artıq bu gerçəkliyi bilməyən insan yoxdur: tələbəlik dövründə insana ən çox lazım olan şey puldur. Universitetə qəbul olan insanlar artıq yavaş-yavaş müstəqilləşməyə və sərbəst olmağa başlayırlar. Lakin gəlir yeri olmayanlar maddi baxımdan ailələrindən asılı vəziyyətdə qalırlar. Bu da müəyyən problemlərə yol açır.

Publika.az bu problemlərdən qurtulmaq və müstəqil şəkildə pul qazanmaq istəyən tələbələrə sərbəst iş imkanları olan sahələri təqdim edir.

1. Köhnə əşyalar

İstifadə edilməyən köhnə, yaxud antik ev əşyaları, elektrik avadanlıqları və geyimləri internet vasitəsilə satışa çıxara bilərsiniz. Bunun sayəsində həm artıq əşyalardan qurtulmaq, həm də əlavə gəlir yeri təmin etmək olar.

2. Əl işi

“Əl işini sadəcə qadınlar bacarar” deyimini artıq unutmaq lazımdır. Kişilər də bu sahədə olduqca keyfiyyətli işlər görə bilirlər. Əl işi sahəsində bacarığınız varsa, düzəltdiyiniz məhsulları internet vasitəsilə rahatlıqla satışa çıxara bilərsiniz. Bu sahə son zamanlarda dəb halını alıb.

3. Xidmətlər

Uşaqlar, heyvanlar və yaşlılarla aranız yaxşıdırsa, onlara xidmət etmək sahəsində iş tapa bilərsiniz. Baxıcılıq işi son zamanlarda ən çox tələbat olan sahələrdən birinə çevrilib. Bu sahədə həm çevrəniz genişlənər, həm də hər hansı bir mövzuda sizə yardım edə biləcək insanlarla tanış ola bilərsiniz.

4. Sərbəst iş

Fikirlərinizi ifadə edə bilmək mövzusunda özünüzə güvənirsinizsə, onlayn yayım və yazılı fəaliyyət göstərən saytlara müraciət edə bilərsiniz.

5. Özəl dərs

Mütəxəssisi olduğunuz və ya çox yaxşı bacardığınız bir sahədə özəl dərs vermək həm öz dünyagörüşünüzü və bilgilərinizi artırmaq, həm də pul qazanmaqda sizə avantaj qazandıra bilər. Ölkəmizdə hazırda Azərbaycan və ingilis dili, riyaziyyat, musiqi və rəsm özəl dərslərlə öyrədilir.

6. Bloq reklamları

Bir bloqunuz varsa, onun sayəsində gəlir əldə edə bilərsiniz. Bloqunuz tanındıqca oraya müxtəlif pullu reklamlar qoya bilərsiniz. Bloqunuz populyarlaşdıqca bu sahə əsas gəlir mənbəyinizə də çevrilə bilər.

7. Məqalə yazmaq

Bacarığınız və bilginiz olan bir sahədə məqalələr və araşdırmalar yazaraq, onları aid olduğu saytlara müəyyən məbləğ qarşılığında verə bilərsiniz. Ancaq yazmadan öncə məqaləni göndərəcəyiniz ünvanla əlaqə qurun. Onlara bu işdə nə qədər həvəsli olduğunuzu sübut edin. Rədd edilsəniz də, işin izini buraxmayın. Yazılarınız keyfiyyətli olduqca sizə dəyər verən biriləri, əlbəttə, tapılacaq.

8. Köhnə kitablar

Hər tələbənin oxuyub bitirdikdən sonra bir küncə atdığı kitabları yox deyil. Həmin kitabları ikinci əl kitab satan məkanlara verməklə, yaxud internetdə satışa çıxarmaqla yenidən pula çevirmək olar.

9. Fotoqraflıq

Foto çəkməklə bağlı bacarığınız və “gözünüz” varsa, professional bir kamera alaraq bu işə başlamaq yaxşı fikirdir. Məktəblərdə, universitetlərdə və kurslarda özəl günlər və məzuniyyət tədbirlərini ölümsüzləşdirə və bununla yaxşı pullar qazana bilərsiniz.

10. Öz işinizi qurun

İndiyə qədər etmək istəyib də, reallaşdırmadığınız bir iş varsa, düşünmədən onu həyata keçirməyə cəhd edin. Çünki ən uzun səfərlər belə kiçik bir addımdan başlayır.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/214046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR