Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirildi

Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirildi
19:08 20 Sentyabr 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını da ziyarət edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR