Astrofiziklər dünyanın axırının YENİ TARİXİNİ AÇIQLADILAR – 23 sentyabr?

Astrofiziklər dünyanın axırının YENİ TARİXİNİ AÇIQLADILAR – 23 sentyabr?
19:48 20 Sentyabr 2017
326 Maraqlı
Ölkə mətbuatı
A- A+

Astrofiziklər apokalipsisin yeni tarixini açıqlayıblar.

Publika.az bildirir ki, alimlər arasında bu tarix barədə indiyə qədər çox mübahisələr olub.

VistaNews portalının verdiyi məlumata görə, tədqiqatçılar qrupu ilahiyyatçı İoannın deyimlərini incələməyə başlayıblar. Onun yazılarında dünyanın sonunun başlanğıcı planetlərin və ulduzların düzülüş vəziyyətilə əlaqəli olacaq.

Nəzəriyyəçilərin sözlərinə görə, İncil apokalipsisi artıq növbəti istirahət günlərində başlanacaq. 23 sentyabr - məhz bu gündə bütün ulduzların və planetlərin vəziyyəti son 6000 il ərzində ilk dəfə bu formada üst-üstə düşəcək - İoannın yazılarında qeyd etdiyi vəziyyətdə.

Təbii ki, bu nöqteyi-nəzəri bölüşməyənlər dünya ilə vidalaşmağa tələsmirlər. Onların fikrincə, yazılanların dəqiq yozumunu tapmaq mümkün deyil və bu günə qədər deyilən bütün “dəqiq tarixlər”də həyat sona yetməyib.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/214036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR