Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi-praktik konfrans keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi-praktik konfrans keçirilib
19:57 20 Sentyabr 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ordu quruculuğunun elmi əsaslarla, elmi-texniki yeniliklərin tətbiqi ilə inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Elm və tədrisin vəhdəti: nəzəriyyədən praktikaya” mövzusunda elmi-praktik konfrans keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə xüsusi təyinatlı təhsil müəssisələrinin və nazirliyin müvafiq idarələrinin nümayəndələri iştirak edib.
Natiqlər hərb elminin inkişafı, hərbi-texniki nailiyyətlərin tətbiqi və görülməsi zəruri olan tədbirlərdən danışıblar.
Hərbi elmi nailiyyətlərin praktikaya tətbiqi istiqamətində mövcud problemlərin sistemləşdirilməsi, aradan qaldırılması ilə bağlı təşkil edilən konfransın xüsusi təyinatlı təhsil müəssisələrində davam etdiriləcəyi bildirilib.




Xəbərin orijinal ünvanı: https://report.az/herbi/silahli-quvvelerin-herbi-akademiyasinda-elmi-praktik-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR