Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb

Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb
20:17 20 Sentyabr 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ UEFA 2018-2019 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının məkanlarını və tarixlərini açıqlayıb. 
"Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 
Qeyd edək ki, UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin avqustunda Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avroliqanin-baki-olimpiya-stadionunda-kecirilecek-final-gorusunun-tarixi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR