Daşkəsəndə bir ilin gəlini intihar edib

Daşkəsəndə bir ilin gəlini intihar edib
20:32 20 Sentyabr 2017
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 20 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda intihar hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yolqular kəndində qeydə alınıb.
Belə ki, bir il əvvəl Yuxarı Daşkəsən qəsəbəsindən Yolqular kəndinə gəlin köçmüş, təxminən, 20-25 yaş arasında olan qadın yaşadığı evdə özünü asaraq öldürüb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesende-bir-ilin-gelini-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR