Türkmənistan prezidenti bəstələdiyi mahnını V Asiya Oyunlarının bağlanış mərasimində oxuya bilər

Türkmənistan prezidenti bəstələdiyi mahnını V Asiya Oyunlarının bağlanış mərasimində oxuya bilər
20:42 20 Sentyabr 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bəstələdiyi mahnını V Asiya Oyunlarının bağlanış mərasimində oxuya bilər.
“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, o, “Yadımda” adlı bu mahnını məzuniyyət zamanı nəvəsi ilə birlikdə bəstələyib.
Qeyd edək ki, sentyabrın 17-də Türkmənistanda V Asiya Oyunlarının açılışı olub. Bu tədbirin tamaşaçıları büdcə təşkilatlarında işləyənlərin arasından seçilib. Tamaşaçı olmağa namizədlərin üç nəsli yoxlanılıb. Nəslində cinayət törətmiş, yaxud şəxsiyyəti şübhəli olanlar tədbirə tamaşaçı olaraq buraxılmayıb.
Məlumata görə, 40 minə yaxın tamaşaçı seçilib. Onlar yalnız tədbirin açılış və bağlanış mərasimində iştirak etməyəcəklər, seçilən tamaşaçılar həm də bütün yarışı izləməlidirlər.
Qurbanqulu Berdıməhəmmədovun “Yadımda” mahnısını şəxsən özünün ifa edəcəyi ilə bağlı rəsmi açıqlama yoxdur. 
V Asiya Oyunları sentyabrın 27-də bağlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkmenistan-prezidenti-bestelediyi-mahnini-v-asiya-oyunlarinin-baglanis-merasiminde-oxuya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR