Avroliqanın Bakıda keçiriləcək final görüşünün tarixi açıqlandı

Avroliqanın Bakıda keçiriləcək final görüşünün tarixi açıqlandı
20:47 20 Sentyabr 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2018/19 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının məkanlarını və tarixlərini açıqlayıb. 


Fanat.Az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 


Qeyd edək ki, UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin 14 avqustunda Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da keçiriləcək.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avroliqann-bakda-kecirilck-final-goruunun-tarixi-acqland-t60660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR