FED uçot dərəcəsini dəyişmədi

FED uçot dərəcəsini dəyişmədi
22:13 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

Publika.az bildirir ki, FED uçot dərəcəsini 0,1-1,25% səviyyəsində saxlayıb. Bu barədə APA məlumat yayıb.

Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.

Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/214066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR