Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı
22:19 20 Sentyabr 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Daşkəsəndə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

 

Kənd sakini, Cəfərova Şücayət və onun qızı 1994-cü il təvəllüdlü Cəfərova Əfsanə bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

 

Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, Bayan kənd sakini 1995-ci il təvəllüdlü Cəfərov Emin Kamil oğlu həyat yoldaşı Əfsanə Cəfərovanı döydüyünə görə qadın anasının evinə gedib. Anası Şücayət Cəfərova qızı ilə polisə şikayət edib və Ə. Cəfərovanın boşanmaq istədiyini deyiblər. Polis əməkdaşları  E. Cəfərovu şöbəyə çağıraraq ondan izahat alıblar. Oradan çıxan kimi E. Cəfərov boşanmaq istəyən həyat yoldaşını və qayınanasını bıçaqlayıb. Emin Cəfərov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR