Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub
22:27 20 Sentyabr 2017
140 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Yaponiyanın şərqindəki Honsü adasında 6,1 bal gücündə zəlzələ olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 16:37-də qeydə alınıb. Zəlzələnin episentri adanın Kamaisi şəhərindən 281 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyanin-honsu-adasinda-6-1-bal-gucunde-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR