Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"
23:02 20 Sentyabr 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 20 sentyabr. REPORT.AZ/ "Gürcüstanın Vətənpərvərlər Alyansı" parlamentin binası qarşısında aclıq aksiyasını davam etdirir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, sentyabrın 20-də daha 15 nəfər aksiyaya qouşulub. Sentyabrın 19-da axşam saatlarında aksiya iştirakçılarının 3 nəfərinin vəziyyətinin pisləşməsi və onlardan birinin ölməsi barədə xəbər yayılıb. Lakin bu xəbərlər təsdiqini tapmayıb.
Alyansın üzvü, parlamentin deputatı Emzar Kviçiani "Report"un yerli bürosuna bildirib ki, alyansın üzvləri sağ salamatdırlar və aksiya tələbləri yerinə yetirilənə qədər davam edəcək: "Aksiya iştirakçılarından birinin ölməsi barədə yalan xəbər bizi daha sıx birləşməyə və sayımızın artmasına səbəb olub. Bu gün daha 15 nəfər bizə qoşulub".
Deputat bildirib ki, partiya üzvləri hakimiyyətdən ədalətin bərpa olunmasını tələb edirlər: "Bizim başqa tələblərimiz də var - Gürcüstanın ərazi bütövlüyü təmin olunmalı, xarici vətəndaşlara torpaq satışının qarşısı alınmalı, bu tələblərimiz yeni konstitusiyada əksini tapmalıdır. Mübarizəmizi sonadək davam etdirəcəyik. Bizi ölüm də dayandıra bilməz".
O, vurğulayıb ki, eks-prezident Mixeil Saakaşvili də Gürcüstana gətirilərək mühakimə olunmalıdır.
Qeyd edək ki, aclıq aksiyası sentyabrın 16-da, axşam başlayıb. Etirazçılar aksiyanı tələbləri yerinə yetirilənədək davam etdirməkdə israrlıdırlar.




Xəbərin orijinal ünvanı: https://report.az/region/emzar-kviciani-mubarizemizi-sonadek-davam-etdireceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR