Bakıda 36 yaşlı qadını avtomobil vurub

Bakıda 36 yaşlı qadını avtomobil vurub
23:32 20 Sentyabr 2017
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda 36 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, İsmayıl Məmmədov küçəsində piyada zolağı ilə hərəkət edən 1981-ci il təvəllüdlü Hüseynova Xumar Teyyub qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Sürücünün saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-36-yasli-qadini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR