Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu
23:39 20 Sentyabr 2017
151 Digər
Ölkə mətbuatı
A- A+

UEFA bu gün 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının finalı Madriddəki “Vanda Metropolitano” arenasına, Avropa Liqasının həlledici oyunu Bakı Olimpiya stadionuna təyin olunub. Super Kubok matçı isə İstanbuldakı “Vodafon Park” Arenada keçiriləcək.

 

Qitə futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də müəyyənləşdirib.

 

UEFA-nın saytında yer alan məlumatda Super Kubok görüşünün 2019-cu ilin 14 avqustunda, Bakıda keçiriləcək AL-in finalının həmin ilin mayın 29-da, ÇL-in həlledici matçının isə iyunun 1-də baş tutacağı bildirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR