Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi
23:43 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 57,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,58 dollar/barel çoxdur.

Publika.az bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 57,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur. Bu barədə Trend agentliyi məlumat yayıb.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 19-da 53,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 19-da 56,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/214073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR