Aparıcı Zaur Kamal 5/5 verilişində tamaşaçıları
təəccübləndirib.
Publika.az bildirir ki, o, proqramda qonaq olan
müğənni Damlanın pul çantasını studiyaya gətirdib və tamaşaçılardan
orada nə qədər pulun olduğunu soruşub.
Zaur bildirib ki, pulun dəyərini tapana müğənni 100 manat
verəcək.
Damla əvvəlcə çantasının gətirilməsinə və pulunun sayının
açıqlanmasına razılıq verməsə də, Zaur onu yola gətirə bilib.
Tamaşaçılar müxtəlif məbləğ söyləsələr də, ifaçının çantasından
3500 manata yaxın pul çıxıb.
Yalnız bir nəfər 3000 manatdan çox pul dediyi üçün Damla ona yüz
manat verib.
Z.Kamal sənətçinin üzərində bu qədər pul gəzdirdiyinə
təəccüblənib.