Meksikada baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində 250-dən çox insanın ölməsi ilə bağlı ölkədə üçgünlük matəm elan edilib.
Metbuat.az-ın məlumatına görə, bu barədə Meksika prezidentinin administrasiyasının rəhbərinin "Twitter"ində bildirilir.
Qeyd edək ki, son məlumatlara əsasən, zəlzələ nəticəsində 225 nəfər həlak olub, 40-dan artıq bina dağılıb.