Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib
01:52 21 Sentyabr 2017
184 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Odessanın vitse-meri Zinaida Çvirinko "Viktoriya" uşaq düşərgəsində baş vermiş, üç uşağın ölümü ilə nəticələnmiş yanğına görə vəzifəsindən istefa verib.
"Report"un məlumatına görə, bu barədə "Dumskaya" xəbər verib.
Xəbərdə bildirilir ki, Odessanın rəhbəri Gennadi Truxanov Çvirinkonun istefaya getməsi barədə sərəncamı imzalayıb. Çvirinko bununla bağlı ərizəsini sentyabrın 19-da yazıb. Onu öz xahişi əsasında işdən azad ediblər.
Nəşr qeyd edib ki, Çvirinkonun vəzifəsindən gedişi uşaq düşərgəsindəki yanğınla bağlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/odessanin-vitse-meri-usaq-dusergesindeki-yangina-gore-vezifesinden-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR