FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib
06:28 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) ölkədə ÜDM-nin artım proqnozunu 2,2 faizdən 2,4 faizədək yüksəldib. Bu barədə APA məlumat yayıb.

Publika.az “İnterfaks”a istinadən bildirir ki, 2018-ci il üçün iqtisadi artımla bağlı proqnoz əvvəlki səviyyədə saxlanılsa da (2,1%), 2019-cu il üçün 1,9% faizdən 2%-dək yüksəldilib.

FED ilk dəfə olaraq ABŞ ÜDM-nin 2020-ci il üçün artım proqnozunu açıqlayıb – 1,8%. Qurum rəhbərlərinin qənaətinə görə, uzunmüddətli perspektivdə artım tempi 1,8 faiz səviyyəsində olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/214086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR