KXDR-in xarici işlər naziri Trampı təhqir edib

KXDR-in xarici işlər naziri Trampı təhqir edib
08:47 21 Sentyabr 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların KXDR-i məhv etməyə hazır olması barədə hədələrini it hürüşünə bənzədib. 
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, nazir "əgər o hesab edirsə ki, bizi it hürüşü ilə qorxuda bilər, onda bu, it yuxusudur", - deyə bildirib. 
O, bununla "itlər hürər, karvan keçər" məsəlinə işarə edib. Qeyd edək ki, Koreya dilində "it yuxusu" absurd və cəfəngiyat anlamı verir.
Nazir həmçinin Trampın Şimali Koreya lideri Kim Çen Inı "raket-insan" adlandırmasını da şərh edib. "Onun köməkçilərinə yazığım gəlir", - deyə nazir bildirib. 
Tramp bir müddət əvvəl bildirib ki, müttəfiqlərini müdafiə etmək üçün onun Şimali Koreyanı məhv etməkdən başqa çıxış yolu qalmayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/simali-koreya-xarici-isler-naziri-trampin-cixisini-it-hurusu-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR