Kaliforniya prokuroru Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı İDDİA QALDIRDI

Kaliforniya prokuroru Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı İDDİA QALDIRDI
08:58 21 Sentyabr 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Kaliforniya ştatının prokuroru Xavyer Beserra prezident Trampın qərarı ilə Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı iddia qaldırıb.

Publika.az bildirir ki, dövlət başçısı ABŞ Konstitusiyasını pozmaqda, ətraf mühitinin müdafiəsinə dair qanunların pozulmasında və qərarın federal qanunlara zidd olduğuna görə ittiham edilir.

Xavyer Beserraya görə, divarın çəkilməsi qeyri-qanunidir. Çünki ABŞ Daxili Təhlükəsizlik nazirliyi ətraf mühitin müdafiəsinə dair bir sıra qanunlara əməl etməyib. Bundan əlavə, prokuror ABŞ Konstitusiyasının 10-cu düzəlişinin pozulduğunu iddia edir. Düzəlişə əsasən, mərkəzi hökumətə aid olmayan səlahiyyətlərin icrası ayrı-ayrı ştatların ixtiyarındadır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın çəkilməsini vəd edib. Ötən həftə Tramp tikintinin artıq başlandığını bəyan edib. (APA)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR