"Qalatasaray" transferə başladı: milli üzvü...

"Qalatasaray" transferə başladı:   milli üzvü...
09:07 21 Sentyabr 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" qış transfer dönəminin hazırlıqlarına indidən başlayıb. Fanat.Az xəbər verir ki, yayda heytinə 10 legioner qatan və yerli futbolçu almayan "sarı-qırmızılar" qışda üstünlüyü yerli futbolçulara verəcək.


Diqqəti Almaniyada oynayan türk futbolçulara yönəldən "Qalatasaray"ın transfer siyahısına Kaan Ayhan başçılıq edir. II Bundesliqa klubu "Fortuna"da oynayan 22 yaşlı futbolçu həm stoper mövqeyində, həm də müdafiə və yarımmüdafiənin sağ cinahında oynaya bilir. 


"Qalatasaray" həmçinin "Ştutqart"dan 19 yaşlı yarımmüdafiəçi Berkay Özcanı, "Herta"dan 18 yaşlı hücumçu Muhammed Kipriti və "Hannover"in 19 yaşlı hücumçusu Mete Demiri hədəfə alıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-transfer-balad-t60657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR