SOCAR bu il "Şahdəniz"dən 1,6 mlrd. kubmetr qaz alıb

SOCAR bu il "Şahdəniz"dən 1,6 mlrd. kubmetr qaz alıb
09:27 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 0,97 mlrd. kubmetr qaz idxal edilib.
"Report" xəbər verir ki, bunu SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov "İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışındakı məqaləsində bildirib.
Onun sözlərinə görə, SOCAR "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 1,96 mlrd. kubmetr qaz qəbul edib: "Şahdəniz" qaz kondensat yatağından isə hasil olunan qazın 1,6 mlrd. kubmetri SOCAR tərəfindən satın alınıb”.
O, həmçinin qeyd edib ki, 2016-cı ildə SOCAR tərəfindən 11 mlrd. kubmetr qaz satılıb: "Bundan daxili bazarda 9,7 mlrd. kubmetr olmaqla, 4,3 mlrd.kubmetri "Azərenerji" ASC-yə, 3,1 mlrd. kubmetri əhaliyə, 2,3 mlrd. kubmetri isə digər istehlakçılara satılıb. SOCAR-ın qaz ixracı 1,3 mlrd. kubmetr təşkil edib".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-bu-il-sahdeniz-den-1-6-mlrd-kubmetr-qaz-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR