SOCAR son bir ildə daxili bazarda 1,4 mln. ton benzin satıb

SOCAR son bir ildə daxili bazarda 1,4 mln. ton benzin satıb
09:27 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ 2016-cı ilin sentyabr ayından bu ilin sentyabr ayına qədər Azərbaycanın daxili bazarına 4 216,7 min ton neft məhsulu satılıb.
"Report" xəbər verir ki, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov "İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışındakı məqaləsində bildirib.
O qeyd edib ki, daxili bazarda satılan neft məhsullarının 1 403,5 min tonunu benzin, 573,5 min tonunu reaktiv mühərrik yanacağı, 1 221,9 min tonunu dizel yanacağı və 1 017,8 min tonunu isə maye qaz, bitum, soba mazutu və s. məhsullar təşkil edib. 
Bundan başqa, 1 206,1 min ton neft məhsulu müxtəlif ölkələrə ixrac olunub ki, bunun da 70 min tonunu reaktiv mühərrik yanacağı, 660,6 min tonunu dizel yanacağı, 214,1 min tonunu neft koksu, 261,4 min tonunu isə digər məhsullar təşkil edib. Bununla da neft emalı kompleksinin emal zavodlarında istehsal olunmuş neft məhsullarının 78%-i ölkənin daxili tələbatının təmin olunmasına yönəldirilib, 22%-i isə xaricə ixrac olunub.
Onun sözlərinə görə, neftin emal dərinliyi göstəricisi 91,5% səviyyəsində olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-son-bir-ilde-daxili-bazarda-1-4-mln-ton-benzin-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR