Oynaq ağrılarını sağaldan təbii qarışıq

Nərdivandan enərkən dizləriniz ağrıyırsa, qolunuzu qaldırmaqda çətinlik çəkirsinizsə, xalq təbabəti üsulları ilə oynaq ağrılarınızdan xilas ola bilərsiniz.

Metbuat.az xəbər verir ki, tərkibi vitamin və minerallarla zəngin olan bu qarışıqdan içdikdən sonra ağrıların azaldığını və tamamilə, getdiyini iddia edirlər.

Tərkibi:

1 stəkan su

1 stəkan yulaf əzməsi

1 stəkan təzə sıxılmış portağal suyu

2 stəkan ananas (kub şəklində doğrayın)

1 çay qaşığı darçın

Yarım stəkan əzilmiş badam

Biraz bal

Hazırlanması:

Yulaf əzməsini qazana qoyub bir neçə dəqiqə bişirin. Soyumasını gözləyib blenderdən keçirin. Bir qaba yulaf əzməsi, ananas, badam, darçın və portağal suyu ilə biraz bal əlavə edib su ilə qarışdırın. Qarşığı gündəlik olaraq hazırlayın və 2-3 stəkan için. Bütün şikayətləriniz bir həftə ərzində keçib gedəcək.

Aysel Yaqubqızı / Metbuat.az

Qarın bölgəsindəki artıq yağlara SON - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR