İraq ordusu Kərkükdə əməliyyata başladı

İraq ordusu Kərkükdə əməliyyata başladı
10:38 21 Sentyabr 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Silahlı Qüvvələri və “Hasti Şabi” qruplaşması bu gün səhər saatlarından Kərkük vilayətinin Havice bölgəsində əməliyyata başlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın baş naziri Heydər əl-İbadi bildirib.

Havice İraq ordusunun referendum öncəsi Kərkükə müdaxilə edə biləcəyi ən kritik bölgə hesab olunur.

Qeyd edək ki, Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsini planlaşdırır. Kərkük isə kürd muxtariyyəti ilə Bağdad arasında mübahisəli ərazi hesab olunur. Siyasi mütəxəssislər və hərbi ekspertlər zəngin neft və qaz ehtiyatlarının olduğu Kərkük uğrunda amansız müharibənin baş verə biləcəyi ehtimalını yüksək qiymətləndirirlər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR