ƏMDK sədri Salyanda vətəndaş qəbulu keçirəcək

ƏMDK sədri Salyanda vətəndaş qəbulu keçirəcək
10:42 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 29-da Salyanda vətəndaş qəbulu keçirəcək.
“Report” Komitəyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da rayondakı Heydər Əliyev Mərkəzində olacaq.
Qəbulda Salyanla yanaşı Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşları Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar online rejimdə office@emdk.gov.az elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (021 21) 5-52-45, (02125) 5-50-98;

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emdk-sedri-salyanda-vetendas-qebulu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR