200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru ilə bağlı QALMAQAL BÖYÜYÜR

200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru ilə bağlı QALMAQAL BÖYÜYÜR
11:03 21 Sentyabr 2017
264 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər 200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru Qafar Hüseynovun işdən azad olunduğunu əsas gətirərək, məktəbin qarşısında etiraz aksiyası keçirirlər. Onlar direktorun məktəbdə vəzifəsinə bərpa edilməsini tələb edirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Publika.az-a açıqlamasında direktorun işdən azad olunmadığını deyib:

“Valideynlərin iddia etdiyi kimi direktor vəzifəsindən azad edilməyib. Sadəcə səhhətilə əlaqədar olaraq bülletendədir. Bu cür məlumatların valideynlər arasında haradan qaynaqlanmasından məlumatsızıq. Hər halda bu istiqamətdə araşdırma aparıb, bu cür şayiənin nə üçün yayıldığını müəyyən edəcəyik”.

Məsələ ilə əlaqədar məktəblə əlaqə saxlamağa çalışsaq da, direktor müavinlərindən heç biri ilə danışa bilmədik. Telefonlara cavab verən müəllimləri müavinlərin gah dərsdə olduğunu, gah da idarəçilik işləri ilə məşğul olduğunu dedilər.

Valideynlərin işdən azad edilməsinə etiraz etdikləri Q.Hüseynovun isə mobil nömrəsinə zəng çatmadığından onun münasibətini öyrənməyimiz mümkün olmadı.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/214113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR