Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir
11:57 21 Sentyabr 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Kriştiano Ronaldo gənc futbolçunun "Real"a transfer olunmasını istəyir.


Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz "Mançester Yunayted"də Angel Qomeşin "Kral Klubu"na keçidinə çalışır.


Portuqaliya əsilli ingiltərəli futbolçunu "Barselona" da istəyir. Lakin Ronaldo öz əlaqələrindən istifadə edərək 17 yaşlı yarımmüdafiəçinin "Real"a keçməsinə nail olmaq istəyir.


Qeyd edək ki, Angel Qomeş "Mançester Yunayted"in U-18 komandasında çıxış edir. Mütəmadi olaraq əsas heyətə cəlb olunan futbolçuya ötən mövsüm Joze Mourinyo bir Premyer Liqa matçında oynamaq şansı vermişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-bu-futbolcunu-quotrealquota-gtirmk-istyir-t60668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR