"Kimsə burada ürək tutmasından öləcək"

Jurnalist Səbuhi Məmmədli "Akkord” Şirkətlər Qrupunun inşa etdiyi binalardakı şəraitdən şikayətçi olub .

Metbuat.az xəbər verir ki, bu barədə Səbuhi Məmmədli Feysbuk hesabında məlumat paylaşıb. O bildirib ki, şirkətin tikintisini həyata keçirdiyi "Abşeron Gənclər Şəhərciyi"ndəki 27-ci blokda lift işləmir:

"Bir gün kimsə burada ürək tutmasından öləcək. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun içində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyilik. Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalar... Bir gün kiminsə ürəyi dayanacaq hündür mərtəbəyə çıxarkən”.

Məsələ ilə bağlı "Akkord” Şirkətlər Qrupu ilə əlaqə saxladıq. Şikayətimizi dinlədikdən sonra məsul şəxs telefonu üzümüzə bağladı. Bir neçə dəfə yenidən əlaqə saxlamaq istəsək də, buna nail ola bilmədik.

Məsələ diqqətimizdədir...

Aysel Yaqubqızı / Metbuat.az

Masallıda məktəbi şadlıq evinə çevirirlər? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR