“Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirildi

“Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirildi
12:07 21 Sentyabr 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

Topaz  Premyer Liqasının VI turunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirilib.


Fanat.Az xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Kapital Bank Arena” yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Buna səbəb Ağdam təmsilçisinin “Roma” ilə Çempionlar Liqası qarşılaşması öncəsi təbii örtükdə oynamaq istəməsidi. "Sumqayıt"ın razılığının nəzərə alan PFL Ağdam klubunun müraciətini müsbət cavablandırıb. 


Qarşılaşma sabah saat 19:00-da başlayacaq.


Qeyd edək ki, 6-cı turda meydan sahibi “Qarabağ” , hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” olacaq. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sumqayt-qaraba-oyununun-yeri-dyidirildi-t60669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR