SON DƏQİQƏ: İraq ordusu Kərkükə daxil oldu

Mosul və Təlafəri terror təşkilatı İŞİD-dən təmizləyən İraq orudusu terrorçuların zəbt etdiyi Kərkükün Havicə bölgəsinə doğru hərəkətə keçib.  

Metbuat.az xəbər verir ki, İraqda işğal etdiyi torpaqların çoxunu itirən terror təşkilatı İŞİD-ə daha bir ağır zərbə vurulub. İraq Silahlı Qüvvələri gecə yarısı Kərkükün qərbindəki Havicəyə doğru hücuma keçib. 

İraq baş naziri Heydər əl-İbadi dünən Havicənin şimalındakı Mahmuru ziyarət etmiş və əməliyyat siqnalı vermişdi.

Havicə də Mosul kimi 2014-cü ildə terror təşkilatının nəzarətinə keçib.

Qeyd edək ki, Kərkükdə vəziyyət çox ağırdır.

İraq Kürdüstan Regional Höküməti prezidenti Məsud Bərzaninin müstəqillik referendumu həmləsi hər an toqquşmalara səbəb ola bilər. 

Aysel Yaqubqızı / Metbuat.az

Daha bir ölkədə güclü zəlzələ baş verdi - SON DƏQİQƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR