Jurnalist Azər Hüseynbala ürəyindən əməliyyat edilib

Jurnalist Azər Hüseynbala ürəyindən əməliyyat edilib
12:52 21 Sentyabr 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
Jurnalistin oğu Turqut Əzizlinin “Report”a verdiyi məlumata görə, atası səhər saatlarında Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub.
Onun sözlərinə görə, hazırda atası xəstəxananın reanimasiya şöbəsindədir: “Hazırda səhhəti normaldır, amma hələlik narkozdan ayılmayıb. Ona görə də yanına kimsə buraxılmır”.
Turqut onu da qeyd edib ki, Azər Hüseynbalanın ürəklə bağlı problemi olmayıb: “Onun sadəcə hipertoniyadan (təzyiqin yüksək olması) şikayəti var idi”.
Qeyd edək ki, tanınmış jurnalist ötən gün infarkt keçirirək xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/media/jurnalist-azer-huseynbala-ureyinden-emeliyyat-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR