Çiyin ağrılarının səbəbi nədir?

Çiyin ağrılarının səbəbi nədir?
12:58 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Uzm. Dr. Şəhriyar Fətullayev çiyin ağrılarının səbəblərindən danışıb..

O bildirib ki, çiyin ağrıları cəmiyyətdə insanlar arasında bel ağrısı, diz ağrısı kimi şikayətlərdən sonra ən çox rastlanan ciddi problemlərdəndir. Bunu anlamaq üçün bir neçə təməl anlayışlar haqqında məlumat vermək istəyərdim. Çiyin mürəkkəb quruluşlu və geniş hərəkət imkanlarına sahib oynaqdır. Oynaq, əzələ-vətər qrupu(buna Rotator Cuff deyirik) və bağlarla stabilizə edilir. Əzələlər kürək sümüyündən başlayıb bazu sümüyünə yapışır. Çiyin nahiyyəsində ağrılar bu əzələ qrupunun funksiya pozuntusu və ya tamlığının pozulması(tam və ya natamam yırtıq) nəticəsində yarana bilər.Hətta ilk şübhələniləcək səbəblər arasındadır.

Rotator cuff yaralanmaları ən çox aşağıdakı 3 problemə səbəb olur:

1.Sıxışma

2.Cuff vətərlərində zəiflik və gücsüzlük

3.Vətərlərdə yırtıq

Həkiminiz bu 3 vəziyyətdən hansının olduğunu muayinələr nəticəsində müəyyən etdikdən sonra sizə müalicə istiqaməti seçəcəkdir.

Bu istiqamətlər Konservativ(dərman və fizioterapiya) və Cərrahi metodlar(açıq və ya qapalı) ola bilər.

- Xəstəliyin əlamətləri sadəcə ağrıdırmı? başqa daha nələrə diqqət etmək lazımdır?

- Əlbəttə sadəcə ağrı xəstəliyin başlanğıc əlaməti ola bilər ancaq yeganə simptomu deyil. Xüsusi klinik muayinə metodları və radioloji üsullar da tətbiq olunmalıdır. Yəni ağrılar və hərəkət məhdudluğu olan bu xəstə qrupunda çiyin MRT-si çəkilməsi və bu vətərləri anatomik olaraq dəyərləndirmək mütləqdir.

Klinik olaraq aşağıdakı simptomlar daha çox rastlanır:

-Həssas və zəif çiyin

-Qolda və çiyində şiddətli ağrı(hərəkətlə artan ağrı xarakterikdir)

-Hərəkət məhdudluğu(qolu xüsusən baş üzərinə qaldırmaqda məhdudluq)

-Əlinizi belinizə qoyduqda çiyində artan ağrılar xarakterikdir.

- Bu şikayəti olan xəstələrdə hansı müalicə metodlarını tətbiq edirsiniz?

-Yuxarıda qeyd etdiyim kimi ilk öncə xəstəliyi anlamaq və diqnozu dəqiqləşdirmək müalicənin istiqamətini müəyyən edir. Əgər Rotator Cuff əzələ-vətər quruplarında zəiflik və ağrı varsa (buna tendinozis deyirik) dərman müalicəsi və fizipterapiya yetərli olacaqdır. Xəstə məmnuniyyəti yüksəkdir Yox əgər kliniki və radioloji olaraq bu əzələ-vətər quruplarında yırtıq varsa(tam və ya natamam) cərrahi müdaxilə ilə xəstənin şikayətlərini aradan qaldırırıq. Bunlar mürəkkəb və təcrübə gərəkdirən əməliyyatlardır. Əməliyyat, qapalı-artroskopik aparılır və dəri səthində kiçik kəsiklərdən kamera köməyilə oynaq içərisində müdaxilələrə əsaslanır. Əgər uzun müddətli çiyin ağrıları və hərəkət məhdudluğu varsa bu vəziyyət əzələlərdə incəlməyə səbəb olur, ozaman qapalı-artroskopik əməliyyatlar mümkün olmur.Bu vəziyyətlər üçün xüsusi istehsal edilmiş çiyin protezlərindən istifadə edirik. Ona görə də xəstələrimiz həm bizim işimizi asanlaşdırmaq həm də əməliyyatdan yüksək fayda görməsi üçün hərəkət məhdudluğunu və ağrıları gözardı etməməlidirlər.

✔ Sağlamlıq üçün Hərəkətə Keçməyin vaxtıdır!

Mərkəz Filialı:
Nəsimi r., M.Rəfilli və R.Behbudov küç-nin kəsişdiyi 389 № məhəllə
+99455 455-86-08 / +99455 455-86-08

Babək Filialı:
Xətai r-nu, Babək pr-ti 92N
+99451 550-06-01
012 909; 012 404 41 90

www.otim.az

Rəsmi Facebook səhifəmiz: https://www.facebook.com/bmpotim/


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/214135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR