Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub, 250 nəfər saxlanılıb

Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub, 250 nəfər saxlanılıb
13:12 21 Sentyabr 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiya paytaxtında mühafizəçinin Tacikistan vətəndaşını döydüyünə görə "Moskva" Ticarət Mərkəzinin yaxınlığında baş vermiş insidentdən sonra 250 nəfər saxlanılıb.
"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə MDB Miqrantlar Federasiyasının prezidenti Karomat Şaripov deyib.
Onun sözlərinə görə, saxlanılanlar arasında zərərçəkmiş Tacikistan vətəndaşının qohumları da var.
Xatırladaq ki, dünən "Moskva" Ticarət Mərkəzinin yaxınlığında özəl mühafizə şirkətinin əməkdaşları ilə Tacikistandan olan miqrantlar arasında kütləvi dava baş verib. Davada 150 nəfərədək insan iştirak edib. 
İnsidentin yaranmasına şirkətin mühafizəçisinin Tacikistan vətəndaşını döyməsi səbəb olub.
Döyülən kişinin yerləşdirildiyi xəstəxananın ətrafında gecə saatlarında təhlükəsizlik tədbirləri gücləndirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskvada-miqrantlarin-istiraki-ile-kutlevi-dava-olub-250-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR