Qadının ölümünə səbəb olan sürücü tutuldu

Qadının ölümünə səbəb olan sürücü tutuldu
13:29 21 Sentyabr 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk edən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 17-də Xırdalan şəhərində “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Səmayə Ağayeva vurulub və avtomobil qarşıdan gələn, Sənan Əsgərovun idarə etdiyi “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə S.Ağayeva hadisə yerində ölüb.

 

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi zamanı hadisə yerini tərk etməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Orxan Ruzpeykara tutulub.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR