BDYPİ: Azərbaycanın bütün avtomobil yolları nəqliyyatın hərəkətinə açıqdır

10:42 9 Yanvar 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 10:40 ]


Bakı. Fuad Cəfərov - APA. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı növbəti dəfə sürücülərə müraciət edib.

 

BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yollarda qar intensiv təmizlənir və demək olar ki, respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti var.

 

K.Əliyev həmçinin bildirib ki, Ağsu aşırımında qar yağır, ancaq müvafiq qurumlar yolu qardan təmizləyib və qeyd edilən yol da nəqliyyatın hərəkətinə açıqdır.

 

Şöbə rəisi Bakı-Quba yolunun Ceyranbatana qədər olan hissəsinə qum töküldüyünü deyib: "Siyəzən, Dəvəçi, Quba istiqamətində yolun müəyyən hissələrində buzlaşma var, lakin qeyd edilən istiqamətdə müvafiq qurumlar yolu qardan təmizləyir. Bakı-Qazax yolunda Sahil qəsəbəsinə qədər yollara duz və qum səpilib, Sahil qəsəbəsindən Qazaxa qədər isə qar yağmır və nəqliyyatın hərəkətində heç bir problem yoxdur. Ələt-Astara yolunda Salyana qədər heç bir problem yoxdur və Masallı-Astara istiqamətində qar yağır. Buna baxmayaraq, müvafiq qurumlar yolu qardan təmizləyir".

 

Kamran Əliyev bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən saz olan sürücülərin yola çıxmasını tövsiyə edib. Onun sözlərinə görə, ötən gün ölkə ərazisində 15 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR