"Zirə" -"İnter" və "İnter" - "Neftçi" oyunları təxirə salndı

"Zirə" -"İnter" və "İnter" - "Neftçi" oyunları təxirə salndı
13:47 21 Sentyabr 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqası Azərbaycan çempionatının təqvimində bir neçə dəyişiklik edib. Fanat.Az xəbər verir ki, dəyişikliklər Premyer Liqa və əvəzedicilərin çempionatının VI turunun görüşləri ilə bağlıdı.


“Qarabağ”ın müraciəti ilə “Sumqayıt”la matçın yerinin dəyişdirilməsi öncədən məlum idisə, sonuncuların meydanındakı matçın vaxtı bilinmirdi. Qərara alınıb ki, I dövrədə “Qarabağ”, IV dövrədə “Sumqayıt” meydan sahibi olsun. Bu da o deməkdi ki, ilk iki dövrənin oyunu Bakıda, 2018-ci ildəki matçlar Sumqayıtda baş tutacaq.


Sentyabrın 22-də üz-üzə gələcək rəqiblərin əvəzedicilərinin dueli isə ayın 24-də saat  16:30-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

 

Bundan əlavə, 7 üzvü 19  yaşlılardan ibarət Azərbaycan millisinə, 2 oyunçusu U-17 yığmasına çağırılan “İnter”in əvəzedicilərinin “Zirə” və “Neftçi” ilə oyunları başqa tarixdə baş tutacaq. VI turun “Zirə” – “İnter” matçı sentyabr 24-də, VII turun “İnter” – “Neftçi” qarşılaşması sentyabr 30-dan başqa vaxta keçirilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzirquot-quotnterquot-v-quotnterquot-quotneftciquot-oyunlar-txir-salnd-t60675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR