2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub

2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub
13:52 21 Sentyabr 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının medalları təqdim olunub.
“Report” Oyunların rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, medalların dizaynında təşkilatçı ölkənin milli mədəniyyətinin motivləri əksini tapıb. Medalın üzərindəki diaqonal xətlər olimpiadanın tarixini və iştirakçıların qələbə əzmini göstərir.
Hər bir medal Cənubi Koreya arxitekturasını xarakterizə edən taxta qabda saxlanılacaq.
Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/2018-ci-il-qis-olimpiya-oyunlarinin-medallari-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR