Moldova prezidentinin istefası təklif edilib

Moldova prezidentinin istefası təklif edilib
13:57 21 Sentyabr 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Moldova Liberal Partiyasının fraksiyası ölkə prezidenti İqor Dodonun istefası ilə bağlı layihəni parlamentə təqdim edib.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, Moldova prezidenti qanunları təsdiqləmir və nəzərdən keçirmək üçün geri qaytarır.
“Prezident yalnız qanunları təsdiqləməkdən imtina etmir, həm də son zamanlar səhvlər buraxır. Onun tutduğu vəzifədən uzaqlaşdırılması və referendumun keçirilməsi haqqında qərar layihəsi təqdim edirik. Bütün fraksiyalardan olan həmkarımızdan bu təşəbbüsü dəstəkləmələrini xahiş edirik”, - Liberal Partiyanın sədri Mixay Qimpu bildirib.
Məlumata görə, Moldova parlamentinin 101 deputatından 11-i Liberal Partiyanın üzvüdür. Moldova Konstitusiyasına əsasən, prezidentin tutduğu vəzifədən azad edilməsi təklifini deputatların 1/3-i irəli sürə bilər.
Qeyd edək ki, İ.Dodon Rusiya, parlament və hökumət isə qərbyönümlüdür. Ona görə də prezident qərbyönümlü parlament və hökumətin qəbul etdiyi sənədləri təsdiqləmir. Onun təkliflərini isə parlamentdə deputatlar dəstəkləmirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/moldova-prezidentinin-istefasi-teklif-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR