Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir
13:57 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunda ilin əvvəlindən başlayan azalma iyul ayında da davam edib. Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu sahəyə kredit qoyuluşu aylıq müqayisədə 0,7%, ilin əvvəlindən 12,4% azalaraq cari il avqustun 1-nə 2 162,1 mln. manat təşkil edib. 
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Cari il avqustun 1-nə əsasən, ölkə iqtisadiyyatına cəmi kredit qoyuıluşunun 16,8%-i məhz bu sahənin payına düşüb. Belə ki, avqustun 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 860,8 mln. manat təşkil edib ki, bunun da 1 812,8 mln. manatının və ya 14,1%-nin vaxtı keçib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-ticaret-ve-xidmet-sektoruna-kredit-qoyulusu-azalmaga-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR