Sabahdan Məhərrəm ayı başlayır

Sabahdan Məhərrəm ayı başlayır
14:07 21 Sentyabr 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.
"Report"un məlumatına görə, miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.
Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək.
Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.
İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.
28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.
Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.

Xəbərin orijinal ünvanı: https://report.az/din/sabahdan-meherrem-ayi-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR