CİA-nın qurduğu ŞOK PUSQU: MİT-in planı necə İFŞA EDİLDİ?

CİA-nın qurduğu ŞOK PUSQU: MİT-in planı necə İFŞA EDİLDİ?
14:23 21 Sentyabr 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 72-ci sessiyasında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Əl-Monitor” nəşrinə müsahibə verdi. Müsahibədə jurnalist Çavuşoğludan Milli İstihbarat Təşkilatının (MİT) PKK terror təşkilatı tərəfindən qaçırılan iki əməkdaşı ilə bağlı sual verib.

Çavuşoğlu PKK-nın dinc sakinlər, həkimlər və polislər daxil olmaqla, hər kəsi qaçırdığını və ölkənin bütün qurumlarının qaçırılan vətəndaşları qaytarmaq üçün çalışdığını bildirib. Həmçinin qeyd edib ki, 2 MİT əməkdaşının geri qaytarılması üçün PKK ilə hər hansı birbaşa əlaqə qurulmayıb.

Publika.az Türkiyənin “Aydınlıq” qəzetinə istinadən xəbər verir ki, bu müsahibədən sonra ABŞ-PKK ittifaqı barədə yeni sübutlar ortaya çıxıb.

Nəşrin yazdığına görə, ABŞ PKK-nın liderlərindən olan Cəmil Bayıka qarşı Türkiyə tərəfindən əməliyyatın hazırlandığı barədə məlumatı terror təşkilatına sızdırıb. Bildirilir ki, MİT bu ilin iyul ayında Cəmil Bayikin bel ağrıları ilə əlaqədar Süleymaniyədə bir xəstəxanaya yerləşəcəyi barədə informasiya əldə edir. Bundan sonra MİT Cəmil Bayıkın tutulması üçün əməliyyat hazırlığına başlayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) isə MİT-in planından xəbər tutub. CİA Kürdistan Vətənpərvər Birliyi (KYB) vasitəsilə MİT-in planı barədə PKK-ya məlumt ötürür və nəticədə Bayik xəstəxanaya gəlmir. Əməliyyat üçün bölgəyə gedən qrup geri dönməyə məcbur olur. Lakin qrup Süleymaniyyə-Ərbil yolunda PKK-nın pusqusuna düşür. Onların arasında iki MİT üzvü də var idi.

Bu hadisədən sonra KYB-nin Türkiyə nümayəndəliyi bağlanır. Nümayəndəliyin rəhbəri Bəhroz Gelali isə deportasiya edilir. O, “Aydınlıq” nəşrinə açıqlamasında nümayəndəliyin bağlanmasının MİT üzvlərinin tutulması ilə bağlı olduğunu bildirib. Amma Gelali PKK ilə hər hansı əlaqənin olmadığını iddia edib.

PKK isə MİT üzvlərinin əlində olduğunu və yaxın vaxtlarda adlarının açıqlanacağını bəyan edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR