Türkiyə və Rusiya prezidentlərinin müzakirə edəcəyi əsas mövzular açıqlanıb

Türkiyə və Rusiya prezidentlərinin müzakirə edəcəyi əsas mövzular açıqlanıb
14:27 21 Sentyabr 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündə müzakirə ediləcək əsas mövzular açıqlanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasında bildirilib.
“İki ölkə liderinin görüşü ilə bağlı intensiv işlər görülür. Görüşün proqramı qətiləşdikdən sonra onu ictimaiyyətə açıqlayacağıq”, - D.Peskov vurğulayıb.
Türkiyə və Rusiya prezidentlərinin müzakirə edəcəyi əsas mövzular bunlardır: Suriyada Rusiya, Türkiyə və İranın birgə qərarı ilə yaradılan münaqişəsiz bölgələrdəki vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” raket kompleksinin tədarükü, İraqın şimalında keçiriləcək “referendum”, ikitərəfli iqtisadi-ticarət əlaqələri.
Məlumatda bildirilib ki, qeyri-rəsmi mənbələr Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin sentyabrın 28-də Ankarada görüşünün keçiriləcəyi haqqında da məlumat yayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-ve-rusiya-prezidentlerinin-muzakire-edeceyi-esas-movzular-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR