Mobil qurğular üçün 1 terabaytlıq sərt disk təqdim olunub

Mobil qurğular üçün 1 terabaytlıq sərt disk təqdim olunub
14:35 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

“Toshiba Electronics Europe GmbH” (TEE) şirkəti iritutumlu məlumatların etibarlı mühafizəsini tələb edən noutbuk, oyun sistemləri, kiçikqabaritli masaüstü fərdi kompüterlər (monobloklar), televiziya qurğuları və digər qurğularla uyğunluq təşkil edən 1 terabayt tutumlu “MQ04” seriyalı yeni sərt disk təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, bir diskli “MQ04” seriyalı qurğular 1 terabaytlıq məlumatı saxlamağa imkan verir və 7 mm qalınlığında 2,5 düym diaqonallı kompakt form-faktor korpusunda buraxılır. “SATA 6Gb/s” interfeysi və 5400 dövr/dəq dövretmə tezliyi 128 meqabayt tutumlu böyük yaddaş və stabil axtarış vaxtı ilə birlikdə məlumatların daxili ötürmə sürətini əvvəlki 1 terabaytlıq “MQ01” seriyalı modellərlə müqayisədə 34 faiz artırır. Yeni model, həmçinin əvvəlki nəsil modellərlə müqayisədə daha aşağı səsə və çəkiyə malikdir.

“Toshiba Electronics Europe” şirkətinin sərt disklər bölməsinin baş direktoru Noriaki Katakura bildirib ki, 1 terabayt tutumlu “Toshiba MQ04” modeli istehlak mobil sərt disklər texnologiyasının son nailiyyətlərindən istifadə edir və optimal xüsusiyyətlərə malik olmaqla portativ fərdi kompüterlərin çəkisini artırmayaraq yüksək iş tutumunu və etibarlığını təmin edir.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50177-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR